Torpağı
qızıldır, suyu zəfəran,Burada
həyatın xoş keçər hər an.Geniş
meşəsində bol meyvələr var,Qonağın
gözləyir soyuq bulaqlar. Təbiətin
özü sərmiş göy xalı,Min
dərdə dərmandır ağ beçə balı.Qozdan,
fındığından nuş eyləyərsən,Sonra
da üstündən zoğal yeyərsən. Dağlarından
gələr sərin küləyi,İnsanı
bəxtiyar, xoşdur diləyi.Oylağımız
“Qırxqız” dağları, bilin.Yayda
çən darayır zirvəsin, telin.Boz
cüyürləridir dağın gəlini,Hər
yerdə görərsən rəssam əlini.Qayalar
döşündə qızarar lalə,Duvaqlı
gəlindir, ağzı piyalə.Alınmaz
qayaya bənzər zirvələr,Gizlədir
özündə çox möcüzələr.Deyirlər burada bir şah yaşarmış,Onun da qırx gözəl kənizi varmış.Atadan - anadan ayrılan qızlar,Əsir tək yaşayar, ağlayıb sızlar.Zalım şah zülmünün yox imiş sonu,Kimə hirslənsəydi öldürər onu.O şahın acığı tutdu qızlara,İstədi qızları çəkdirsin dara.Qızlar da Allaha yalvara-yalvara,Çəkildilər evdən uca dağlara.Şah da tez tərpənib dağlara vardı,Hər daşı, qayanı gəzdi, axtardı.İynə gəzən kimi gəzib yoruldu,Düşdü güc-qüvvətdən çox zəif oldu.Yaman bikef oldu, qarışdı halı,Qızları gəzirdi fikri, xəyalı.Qoşunu hər yana səs-soraq saldı,İşini buraxıb Qırxqızda qaldı.Dağları səslədi, kəsdi dərəni,Bağladı yolları, bəndi-bərəni.Mağaralara baş çəkdi durmadan, Sanki sapsız iynə gəzir bu adam.Şah əlacsız qalıb bu sirrə, nəhayət,Dedi: “Qızlar daşa dönübdür əlbət.” Qızlar da Allaha yalvardılar, kaş: “Dönüb olaydıq bir böyük qara daş” Allah da eşitdi bu nalələri, Tez daşa döndərdi o lalələri.O məsum qızların ahı, fəğanı,Yayılıb dağlara tutdu dünyanı.Hər biri dönərək dilsiz daş oldu,Tarixə əbədi bir sirdaş oldu.İndi gördüyün o çılpaq qayalar,Qırx qızdan qalmışdır bizə yadigar.Soyuq, saf bulaqlar qızların qanı,Yorğan-döşəyidir çəni, dumanı.Ağ yaylıq başlardan düşdüyü zaman, Həya üçün duman, çən qondu haman.Fəryadlar, nalələr ucaldı göyə,Bir zülmət pərdəsi çökdü ölkəyə.O qırx məsum gözəl qayaya döndü,Tufandan, küləkdən şam kimi söndü.Əbədi bakirə qaldılar qızlar,Həyatdan belə kam aldılar qızlar.Çarpışdı namusla ölüm üz-üzə,Qaranlıq neyləyər günə, gündüzə.Qırxqızın kədərli, qəmli dastanı,Ürəkdə yaşasın ulduzlar sanı.Bu xəbər yayıldı ətraf mahala,Çoxları ağladı bu qəmli hala.“Qırxqız” çağırdılar dağı o gündən,Dağ əsgik olmadı toydan-düyündən.Görüb mehribanlıq gözəl cüyürlər,Hər yerdən axışıb bura gəldilər.Çoxalıb
artdılar, bala verdilər,Qayğısız
yaşayıb xoş gün gördülər.Heyvanlar
qızlara oldular həmdəm,Şənliklər
başladı, getdi qüssə-qəm.Oxucum, söz ilə doludur sinəm,Bu qəmi əvvəlcə özüm çəkmişəm.Yaxşı bir iş daim həyatda qalır,Qırxqız da vüqarla göyə ucalır. Bəyməmməd QULİYEV, Xocalı rayon Kosalar kənd sakini